CROSSMEDIA - Gürcüstanda matəm elan edildi
Xarici xəbərlər

Gürcüstanda matəm elan edildi

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin imzaladığı qərara əsasən, yanvarın 9-u ölkədə matəm günü elan olunub.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, yanvarın 5-də Abxaziyanın Qali rayonunun Saberio kəndində baş verən yağın nəticəsində beş uşaq ölüb.

Hadisə odla ehtiyatsız davranış səbəbindən baş verib. belə ki, uşaqların nənəsi sobanı yandırmaq istəyərkən, qabları benzin və kerosinlə qarışdırıb. Nəticədə yanğın baş verib. Qonşular yalnız qadını xilas edə biliblər. 

Rəsmi məlumatlara görə, həlak olan uşaqların dəfn mərasimi sabah keçiriləcək.

Aybəniz Səfərova

15:56 08.01.2025

Oxunuş sayı: 5344

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR