İstanbul dünyada ən çox tıxac olan şəhər oldu
ABŞ mərkəzli proqram təminatı şirkəti "Inrix"in 2024-cü il hesabatına əsasən, İstanbul dünyada ən çox tıxac olan şəhər olaraq birinci yerə çıxıb.
Crossmedia.az Türkiyə mətbuatına əsasən xəbər verir ki, hesabata görə, İstanbulda sürücülər 2024-cü ildə orta hesabla tıxacda 105 saat sərf edib.
Bu göstərici İstanbulun dünyada ən çox tıxac olan şəhərlər siyahısında birinci yerə yüksəlməsinə səbəb olub. 2023-cü ildə şəhər 91 saatla siyahıda altıncı sırada idi.
Fidan Hacızadə
14:30 08.01.2025
Oxunuş sayı: 3829