ABŞ-ın Milli Təhlükəsizlik Şurasının nümayəndə heyəti Kiyevdə görüş keçirib
ABŞ Milli Təhlükəsizlik Şurasının Ukrayna məsələləri üzrə direktoru Uinfild Svontonun rəhbərlik etdiyi nümayəndə heyəti Kiyevə səfər edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, görüşdə Ukrayna tərəfindən müdafiə nazirinin müavini Sergey Boyev iştirak edib.
Müdafiə Nazirliyinin nümayəndələrinin sözlərinə görə, görüşün əsas mövzusu ABŞ-ın Ukraynaya hərbi yardımının nəticələrinin müzakirəsi olub. Bundan əlavə, 2025-ci il üçün hər iki ölkənin müdafiə qurumları arasında əməkdaşlıq planlarının razılaşdırılması nəzərdə tutulub.
Fidan Hacızadə
13:46 08.01.2025
Oxunuş sayı: 3630