İngiltərədə xəstəxanalarda "kritik vəziyyət" elan edilib
İngiltərədə bir çox xəstəxana qrip və digər tənəffüs yolu xəstəliklərinin artması ilə əlaqədar yaranmış təzyiq səbəbindən “kritik vəziyyət” elan edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Royal Liverpool Universiteti Xəstəxanası və Birmingham Universiteti Xəstəxanaları, təcili yardım xidmətlərinə olan “son dərəcə yüksək tələbat” səbəbilə “kritik vəziyyət” elan edən son Milli Səhiyyə Xidməti (NHS) qurumları olub. Xəstələrə alternativ tibbi xidmətlərdən istifadə etmələri tövsiyə edilib.
Royal Liverpool Universiteti Xəstəxanasının Tibbi Direktoru Oliver Zuzan həkimlərin xəstələri mümkün qədər tez müalicə etmək üçün gərgin işlədiyini, lakin ən təcili vəziyyətdə olan xəstələrə üstünlük verildiyi üçün bəzi şəxslərin daha uzun müddət gözləməli olacağını bildirib.
Fidan Hacızadə
13:37 08.01.2025
Oxunuş sayı: 4222