CROSSMEDIA - Tramp Respublikaçılar Partiyasının nümayəndələrilə qələbəsini qeyd etməyi planlayır
Xarici xəbərlər

Tramp Respublikaçılar Partiyasının nümayəndələrilə qələbəsini qeyd etməyi planlayır

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp yaxın həftələrdə Respublikaçılar Partiyasının Senat toplantısını, görüşünü Mar-a-Laqoda keçirməyi planlaşdırır.

Crossmedia.az ABŞ-nin “Anxios” nəşrinə istinadən xəbər verir ki, sözügedən görüş Trampın tarixi qələbəsini qeyd etməsi və bu yolda ona dəstək olan senatorlara təşəkkür etməsi üçün təşkil olunacaq. Eyni zamanda, o, gələcək qanunvericilik gündəmini həyata keçirmək üçün senatorlarla etimad və əməkdaşlıq yaratmağı hədəfləyir.

Mar-a-Laqo prezident üçün xüsusi bir məkandır. “Hər kəs, o cümlədən Tramp burada rahatdır. Bu yer Vaşinqtondan uzaqda hamını bir araya gətirmək üçün ideal məkandır. Bu, komanda ruhunu gücləndirmək üçün də əla fürsətdir. Tramp özünü oyunçu-məşqçi kimi hiss edir.”

Hələ yekun təfərrüatlar açıqlanmasa da, bu tədbirin Trampın andiçmə mərasimindən əvvəl baş tutacağı gözlənilir. Bu, Respublikaçı senatorların həftəlik siyasət görüşlərinin daha qeyri-rəsmi və əyləncəli davamı kimi planlaşdırılıb.

Bundan başqa, Trampın Mar-a-Laqoda bir sıra digər görüşlər keçirməsi də nəzərdə tutulur. Cümə axşamı qubernatorlarla görüşəcək, həftə ərzində isə Nümayəndələr Palatasının müxtəlif üzvləri, o cümlədən komitə sədrləri və SALT qanunvericiləri ilə ayrıca toplantılar təşkil ediləcək.

Trampın Palm Beach klubunda tez-tez DJ rolunu oynadığı deyilsə də, tədbirlərdə müzakirə mövzularının əsasən Vaşinqtonda baş verən hadisələr ətrafında cəmləşəcəyi düşünülür.

Hazırda Respublikaçılar partiya daxilində Trampın immiqrasiya və vergi islahatlarını həyata keçirmək üçün hansı qanunvericilik yolunun daha yaxşı olduğunu müzakirə edirlər. Tramp hər iki yanaşmaya açıq olduğunu bildirib. Mətbuat konfransında isə o, bir, böyük, gözəl qanun layihəsini dəstəklədiyini, lakin iki fərqli qanun layihəsinin daha sürətli təsdiqlənə biləcəyini qeyd edib. 

Qış aylarında Mar-a-Laqo, Tramp üçün həm birgə görüşlər keçirmək, həm də rəhbərlikdəki şəxslərlə fikir mübadiləsi aparmaq üçün əsas mərkəzə çevrilib. Hökumət rəsmiləri və yüksək səviyyəli idarəçilər Trampın mövqeyini öyrənmək və onun gündəmini dəstəkləmək üçün Mar-a-Laqoya səfər edirlər.

Gülay Qəribova

11:59 08.01.2025

Oxunuş sayı: 3551

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR