ABŞ-dan Somaliyə hava hücumu! Əş-Şəbabın yüksək vəzifəli lideri öldürülüb
ABŞ Afrika Komandanlığı (AFRICOM) ABŞ qoşunlarının Somali ordusu ilə əməliyyat həyata keçirib. Nəticədə terror təşkilatı Əş-Şəbabın yüksək vəzifəli lideri Məhəmməd Mire və 10 üzvünün öldürülməsini təsdiqləyib.
Crossmedia.az “Haber Global”a istinadən xəbər verir ki, AFRICOM dünən verdiyi açıqlamada bildirib: ABŞ və Somali qoşunları Somali’nin Beer Xaani kəndinə əməliyyatlar həyata keçirib. Hava hücumunda Əş-Şəbab qrupunun Əl-Qaidə ilə əlaqəli 10 üzvü və təşkilatın yüksək vəzifəli lideri Məhəmməd Mire öldürülüb.
Africom komandanı general Maykl Lengli, terror təşkilatlarının qlobal bir təhlükə olmağa davam etdiyini bildirərək, “Əş-Şəbab terrorçuları da bu qlobal təhlükələrdən biridir. Onlarla və digər terror qrupları ilə mübarizə aparmaq üçün bizimlə eyni düşünən ölkələrlə tərəfdaşlıq edirik. Bu transsərhəd təhlükələrə qarşı birləşmək, regional təhlükəsizlik, sabitlik və rifahı təmin edər” ifadəsini işlədib.
Fidan Hacızadə
11:48 08.01.2025
Oxunuş sayı: 4517