CROSSMEDIA - Çin-Yaponiya müharibəsi yaxınlaşır
Xarici xəbərlər

Çin-Yaponiya müharibəsi yaxınlaşır

Çin sahil təhlükəsizlik gəmilərinin Şərqi Çin Dənizindəki mübahisəli Senkaku Adaları ətrafında Yaponiya milli dəniz sərhədlərini pozduğu bildirilib.

Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya Okinava vilayətinin Naha rayonundakı 11-ci Bölge Sahil Təhlükəsizlik Komandanlığının açıqlamasıda bildirib: Çinə aid 4 sahil təhlükəsizlik gəmisi Yaponiyanın dəniz sərhədini pozub. “Maşınlı toplarla” təchiz edilmiş olduğu görülən və Yaponiyanın nəzarətindəki Minami-Kojima Adaları ətrafında dövr edən gəmilər, Yaponiya Sahil Təhlükəsizliyinin xəbərdarlıqları sonrası bölgədən ayrılıb.

Bu hadisə, Çin gəmilərinin bölgədə 2025-ci ildəki ilk Yapon dəniz sərhədi pozulması olaraq qeydə alınıb. Çin gəmiləri sonuncu dəfə 6 dekabr 2024-də Yaponiyanın dəniz sərhədini pozmuşdu. Dövlət televiziyası NHK, sahil təhlükəsizliyinin, xarici gəmilərin milli dəniz sərhədlərini pozmalarını əngəlləmək üçün xəbərdarlıq etməyə və bölgəni izləməyə davam etdiyini bildirib.

Fidan Hacızadə

11:43 08.01.2025

Oxunuş sayı: 4999

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR