CROSSMEDIA - Avstriyada Xarici İşlər naziri Şallenberq, ölkənin müvəqqəti baş naziri olaraq təyin edilib
Xarici xəbərlər

Avstriyada Xarici İşlər naziri Şallenberq, ölkənin müvəqqəti baş naziri olaraq təyin edilib

Avstriyada Baş nazir Karl Nehammerin vəzifələrindən istefa etməsi qərarından sonra ölkədə yeni hökumət qurulana qədər Xarici İşlər naziri Aleksandr Şallenberq müvəqqəti baş nazir vəzifəsini üzərinə götürəcək.

Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Prezidentlik Ofisinin açıqlamasında bildirib: Nehammer 4 yanvar tarixində baş nazirlik və partiya başqanlığı vəzifələrindən istefa etdikdən sonra bu vəzifəni Şallenberq icra edəcək. Hökumət qurma tapşırığının aşırı sağçı Azadlıq Partiyasına (FPÖ) verildiyi ölkədə, yeni hökumət qurulana qədər baş nazirlikdə müvəqqəti olaraq Şallenberqin oturacağı bildirilib. Şallenberqin cümə günü and içərək vəzifəyə başlaması gözlənilir.

Fidan Hacızadə

11:40 08.01.2025

Oxunuş sayı: 4279

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR