İraqın Baş naziri Tehrana səfər edib
İraqın Baş naziri İrana gedib.
Crossmedia.az "IRNA"ya istinadən xəbər verir ki, bu gün İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani İran prezidenti Məsud Pezeşkianla görüşmək məqsədi ilə Tehrana səfər edib.
Məlumata görə, İranın iqtisadiyyat naziri Əbdülnaser Hemməti baş naziri qarşılayıb.
Qeyd olunub ki, bu səfər İran prezidentinin bir neçə ay əvvəl İraqa səfərinə cavab olaraq baş tutub.
09:28 08.01.2025
Oxunuş sayı: 3915