CROSSMEDIA - Güneyli ekoloq Urmu gölünün qurumasının səbəblərini açıqladı
Xarici xəbərlər

Güneyli ekoloq Urmu gölünün qurumasının səbəblərini açıqladı

Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlərin Tədqiqat və Təhsil Mərkəzinin elmi heyətinin üzvü Əhməd Bayburdi Türkiyənin "Anadolu" xəbər agentliyinə müsahibəsində deyib ki, müxtəlif amillər nəticəsində Urmu gölünün quruması prosesi 90-cı illərdən başlayıb və gölün qurumasında 70% insan amili, 30% isə iqlim və təbii amillərin rolu olub.

Bayburdi üzüm bağlarının alma bağına çevrilməsi, gölün ətrafında çox sayda quyuların qazılması, gölü qidalandıran çayların üzərində bəndlərin tikilməsi, gölün ortasında keçidin inşasını Urmiya gölünün qurumasına təsir edən əsas amillər adlandırıb.

Crossmedia.az bildirir ki, Ekoloq digər tərəfdən gölün suyunun buxarlanma sürətinin yüksək olduğuna da diqqət çəkib və bildirib ki, buxarlanmanın qarşısı alınmasa, su axını artsa belə, Urmu gölü bərpa oluna bilməyəcək. 

09:17 08.01.2025

Oxunuş sayı: 3929

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR