CROSSMEDIA - Wall Street Journal: “Əsəd rejiminin məhvi İranın ambisiyasına ağır zərbə vurub”
Xarici xəbərlər

Wall Street Journal: “Əsəd rejiminin məhvi İranın ambisiyasına ağır zərbə vurub”

“The Wall Street Journal” xəbər verir ki, Rusiya Suriyada hərbi bazalarının mövcudluğunu davam etdirmək üçün Dəməşqin yeni rəhbərləri ilə razılığa gələ bildiyi halda, İran öz qüvvələrini bu ölkədən çıxarmaq məcburiyyətində qalıb.

Crossmedia.az nəşrə istinadən bildirir ki, uzun müddət İranın himayəsində olan Əsəd rejiminə qarşı döyüşən Suriyanın yeni rəhbərləri Tehranı təhdid kimi görürlər.

“Təhrir əş-Şam Əsəd rejimini devirməklə İslam Respublikasının planlarının qarşısını alıb. İranın yaraqlılarını məhv etməklə və Suriyanın qapılarını İranın təsirinə bağlamaqla Təhrir əş-Şam bölgənin maraqlarına xidmət edib”, - deyə, nəşrdə vurğulanıb. 

08:59 08.01.2025

Oxunuş sayı: 4607

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR