"Trump International" otelinə hücumda süni intelektdən istifadə edilib
ABŞ-ın Las Veqas şəhərində Donald Trampa məxsus "Trump International" hotelinin önündə Tesla markalı avtomobili partladılıb. 37 yaşlı hərbiçi Metyu Alan Livelsbergerin həyata keçirtdiyi partlayışda, süni intellekt texnologiyasından, xüsusilə də ChatGPT-dən istifadə edib.
Crossmedia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Clark County şerifi Kevin McMahill keçirdiyi mətbuat konfransında Livelsbergerin hücumu planlamaq üçün ChatGPT-dən faydalandığını təsdiqləyib.
McMahill açıqlamasında, “Süni intellektin həyatımızın hər sahəsində oyunun qaydalarını dəyişdirəcəyini bilirdik. Lakin bu, ABŞ ərazisində bir şəxsin ChatGPT vasitəsilə spesifik bir partlayıcı cihaz hazırlaması üçün istifadə etdiyi ilk hadisədir” deyə qeyd edib.
Hüquq-mühafizə orqanları ChatGPT-nin partlayıcılar və ya silahlarla bağlı verdiyi spesifik məlumatları açıqlamayıb. ChatGPT-nin yaradıcısı OpenAI isə süni intellektin bu hücumda istifadə edilməsi ilə bağlı iddialara dair hələlik heç bir rəsmi açıqlama verməyib.
Fidan Hacızadə
08:48 08.01.2025
Oxunuş sayı: 4063