Panamadan Trampa cavab: Kanalımızın suverenliyi müzakirə mövzusu deyil
Panama, Donald Trampın Panama Kanalına nəzarəti ələ keçirmək üçün zərurət yaranarsa, hərbi güc tətbiq edə biləcəyi ilə bağlı iddialarına sərt reaksiya verib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Panamanın Xarici İşlər Naziri Xavyer Martinez-Aça açıqlamasında, Panama Kanalının ölkənin tam suverenlik mübarizəsinin bir hissəsi olduğunu bildirərək, “Panama Kanalı geri dönüşü olmayan bir qələbədir” deyib.
Martinez-Aça Panama Prezidenti Xose Raul Mulinonun sözlərini xatırladaraq qeyd edib: “Kanalımızın suverenliyi müzakirə edilə bilməz. Kanala nəzarət edən yeganə güc Panamadır və bu belə davam edəcək.”
Bundan əlavə, Martinez-Aça Trampın vəzifəyə başlamasından sonra iki ölkə arasındakı münasibətlərin yalnız rəsmi, adi və müvafiq kanallar vasitəsilə davam etdiriləcəyini vurğulayıb.
Hadisə ilə bağlı Panamanın qəti mövqeyi diqqət mərkəzindədir.
Fidan Hacızadə
08:40 08.01.2025
Oxunuş sayı: 3683