Ukrayna Müdafiə Nazirliyi ilə Almaniya arasında müqavilə
Ukrayna Müdafiə Nazirliyi Almaniyanın “Rheinmetall” şirkəti ilə “Gepard” və “Skynex” özüyeriyən hava müdafiə sistemlərk üçün 180 min ədəd 35 mm-lik sursatın tədarükü ilə bağlı müqavilə imzalayıb.
Crossmedia.az xarici KİV-ə istinadən bildirir ki, müqavilə Almaniya hökuməti tərəfindən maliyyələşdiriləcək, Ukraynaya çatdırılmaların 2026-cı ildə başlaması planlaşdırılır.
08:50 08.01.2025
Oxunuş sayı: 3914