İsrail Qəzzada mülki obyektləri vurmağa davam edir
İsrail döyüş təyyarələrinin Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hava hücumlarında 6 fələstinlinin həyatını itirdiyi, çoxlu sayda insanın isə yaralandığı bildirilib.
Crossmedia.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi "WAFA"nın məlumatına görə, səhiyyə rəsmiləri İsrailin cənub-şərqində Əz-Zeytun məhəlləsində Berqut ailəsinə məxsus evə təşkil etdiyi hava hücumunda 5 nəfərin öldüyünü və çox sayda insanın yaralandığını açıqlayıb.
Səhiyyə rəsmiləri İsrailin Deyr əl-Belah şəhərində bir mənzilə hücum nəticəsində bir nəfərin öldüyünü, çoxlu sayda insanın yaralandığını açıqlayıb.
İsrailin Qəzzanın mərkəzi hissəsindəki Bureyc Qaçqınlar Düşərgəsində Vişah ailəsinin evinə təşkil etdiyi hücumda 6-sı uşaq olmaqla 10 nəfər yaralanıb.
Qəzzada Səhiyyə Nazirliyinin dünən verdiyi açıqlamaya görə, İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda 17 min 800-dən çoxu uşaq və təxminən 12 min 300-ü qadın olmaqla 45 min 885 fələstinli, 109 min 196 fələstinli həyatını itirib.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
07:19 08.01.2025
Oxunuş sayı: 4182