CROSSMEDIA - İsrail rəsmisi HƏMAS-ı təhdid etdi: "Biz dayanmayacağıq"
Xarici xəbərlər

İsrail rəsmisi HƏMAS-ı təhdid etdi: "Biz dayanmayacağıq"

İsrail Baş Qərargah rəisi Herzi Halevi təhdidlər edərək bildirib ki, Qəzza zolağında fələstinlilərə qarşı hücumlar israilli məhbuslar ölkələrinə qayıdana qədər davam edəcək.

Crossmedia.az xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamaya görə, Halevi Həmasın israilli məhbusları azad etmədiyi təqdirdə daha çox fələstinlinin həbs ediləcəyi və öldürüləcəyi ilə hədələyib:

"Biz dayanmayacağıq, HƏMAS-ı oğurlananların hamısının geri qaytarılması lazım olduğunu anladığı nöqtəyə gətirəcəyik",- deyib. 

Qeyd edək ki, İsrail həbsxanalarında 10300-dən çox fələstinli olduğu halda, Qəzza zolağında 100 israilli məhbus olduğu təxmin edilir. Həmas İsrailin təsadüfi hücumları nəticəsində onlarla məhbusun öldüyünü açıqlayıb.

Xatırladaq ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda 17 min 800-dən çoxu uşaq və təxminən 12 min 300-ü qadın olmaqla 45 min 885 fələstinli həyatını itirib, 109 min 196 nəfər isə yaralanıb.

07:01 08.01.2025

Oxunuş sayı: 4462

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR