Tramp Ərdoğandan danışdı
ABŞ-ın seçilmiş Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostu olduğunu vurğulayaraq, "Ona hörmət edirəm. Onun da mənə hörmət etdiyini düşünürəm",- deyib.
Crossmedia.az xəbər verir ki, Konqresin 2024-cü il prezident seçkilərindəki qələbəsini təsdiqləməsindən sonra Tramp Florida ştatındakı Mar-a-Lago malikanəsində mətbuat konfransı keçirib. O, çıxışında həm daxili, həm də xarici siyasət mövzularında mühüm açıqlamalar verib. Tramp Suriyadan Qəzzəyə, Meksikadan Rusiyaya qədər bir çox kritik məsələlərdən danışıb.
Tramp birinci prezidentlik dövründə Suriyada terror təşkilatı DEAŞ-ı məğlub etdiklərini və ABŞ hərbçilərinin böyük bir hissəsini geri çəkdiyini xatırladıb. Suriyadakı 2 min ABŞ əsgərinin gələcəyi ilə bağlı suala cavabında isə "Bunu sizə söyləməyəcəyəm, çünki bu, hərbi strategiyanın bir hissəsidir. Amma onu deyə bilərəm ki, bu məsələ Türkiyə ilə əlaqəlidir" deyə bildirib.
O, Prezident Rəcəb Tayyib Ərdoğan haqqında danışaraq, "Ona hörmət edirəm və onun da mənə hörmət etdiyini düşünürəm" ifadələrini işlədib.
Emil Bağızadə
06:49 08.01.2025
Oxunuş sayı: 4232