CROSSMEDIA - Dəhşətli avtobus qəzası: 7 ölü, 15 yaralı
Xarici xəbərlər

Dəhşətli avtobus qəzası: 7 ölü, 15 yaralı

Braziliyanın şimal-şərqində yerləşən Piaui ştatında sərnişin avtobusunun aşması nəticəsində ən azı 7 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.

Crossmedia.az Federal Avtomobil Yolları Polisinə istinadən xəbər verir ki, qəza Sao Gonçalo do Gurgueia və Corrente şəhərləri arasında avtobusun yoldan çıxarıb, aşması nəticəsində baş verib.

İlkin məlumatlara görə, qəzanın səbəbi mexaniki nasazlıq və ya sürücünün gecikmiş reaksiyası ola bilər. Hadisə yerində avtobusun sürücüsü və 6 sərnişin dünyasını dəyişib. Yaralanan 8 qadın və 7 kişi isə müxtəlif yaş qruplarına daxildir. Onların sağlamlıq vəziyyəti hələlik məlum deyil.

Fidan Hacızadə

05:24 08.01.2025

Oxunuş sayı: 5004

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR