Tibetdə zəlzələ nəticəsində ölənlərin sayı artıb
Çinin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində baş verən 6.8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Sinhua" agentliyi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların səbəb olduğu dağıntılar nəticəsində 188 nəfər yaralanıb. Bildirilib ki, zəlzələdən sonra seysmoloqlar 49 afterşok (təkrar təkanlar) qeydə alıblar.
15:56 07.01.2025
Oxunuş sayı: 3495