ABŞ Talibanla məhbusların mübadiləsi ilə bağlı danışıqlar aparır
ABŞ Əfqanıstanda saxlanılan amerikalıları azad etmək məqsədilə Taliban ilə yüksək səviyyəli bir məhbusun dəyişdirilməsi məsələsini müzakirə edir.
Bu barədə Crossmedia.az “The Wall Street Journal” istinadən xəbər verir ki, Co Bayden administrasiyasının Taliban ilə Əfqanıstanda saxlanılan amerikalılar qarşılığında ən azı bir yüksək rütbəli məhbusun dəyişdirilməsi üçün danışıqlar apardığını bildirir. Bu məhbusun, ehtimal ki, Osama bin Laden ilə əlaqəsi olan biri olduğu qeyd olunur.
Məlumata görə, ABŞ, bu mübadilə müqabilində George Glasmann, Ryan Corbett və Mahmud Habibinin azad edilməsini tələb edir.
Nərgiz Camalzadə
13:49 07.01.2025
Oxunuş sayı: 3474