CROSSMEDIA - Şam Hava Limanından BƏƏ-yə ilk beynəlxalq uçuş həyata keçirildi
Xarici xəbərlər

Şam Hava Limanından BƏƏ-yə ilk beynəlxalq uçuş həyata keçirildi

Suriyada BƏƏS rejiminin devrilməsindən sonra yenidən fəaliyyətə başlayan Şam Hava Limanından ilk beynəlxalq uçuş baş tutub.

Crossmedia.az “Haber Global”a istinadən xəbər verir ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra yenidən işə düşən və 18 dekabrda ilk sərnişin təyyarəsi ilə Şam-Hələb reysi həyata keçirilən Şam Hava Limanı beynəlxalq uçuşlara da açılıb.

Suriya Hava Yollarına məxsus sərnişin təyyarəsi rejimdən sonra ilk beynəlxalq reysini Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhərinə etmək üçün paytaxt Şamdan havaya qalxıb. Hava limanının yenidən beynəlxalq uçuşlara açılması böyük maraqla qarşılanıb.

Fidan Hacızadə

10:21 07.01.2025

Oxunuş sayı: 4324

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR