Co Bayden 14,9 milyard dollarlıq təklifi əngəlləyib
ABŞ prezidenti Co Bayden "Nippon Steel"in "U.S. Steel" üçün 14,9 milyard dollarlıq təklifini əngəlləyib. Bu, dövlət katibi Antoni Blinkenin Yaponiyaya səfərinə kölgə salıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Röyter məlumat yayıb.
Qərar ABŞ-nin Asiya müttəfiqləri ilə əlaqələri gücləndirmək səylərini sarsıdıb.
Həmçinin, Yaponiyanın Baş naziri Şigeru İşiba Baydenin bu qərarını "çaşdırıcı" adlandırıb.
Nəzrin Salmanova
10:02 07.01.2025
Oxunuş sayı: 4148