Sudanda 25 nəfər öldü
Sudanın cənubundakı Bəyaz Nil əyalətində Sürətli Dəstək Qüvvələrinin (SDQ) keçirdiyi hücumda ən azı 25 nəfər həyatını itirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, SDQ, evindən didərgin edilmiş insanlarına hücum edərək, mülki insanları hədəf alıb.
İctimai təşkilatlarından verilən açıqlamada, "qanlı bir qətliam" həyata keçirildiyi bildirilib. Hücum nəticəsində 25-dən çox insanın öldüyü və onlarla insanın yaralandığı qeyd edilib.
Fidan Hacızadə
09:44 07.01.2025
Oxunuş sayı: 3830