CROSSMEDIA - ABŞ-də quş qripindən ilk ölüm halı qeydə alınıb
Xarici xəbərlər

ABŞ-də quş qripindən ilk ölüm halı qeydə alınıb

ABŞ-nin Luiziana ştatında H5N1 növlü quş qripindən ilk ölüm halı qeydə alınıb.

Crossmedia.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Məlumatda xəstənin yaşı 65-dən yuxarı olduğu və əvvəllər ona digər müşayiət olunan xəstəliklər diaqnozu qoyulduğu qeyd edilib. Yoluxma həm ev, həm də vəhşi quşlarla təmasdan sonra baş verib. 

Qeyd edək ki, Luiziana Səhiyyə Departamenti bu halın hələlik ştat ərazisində qeydə alınmış yeganə hal olduğunu və nəticədə sakinlər arasında H5N1 quş qripinin yayılma riski aşağı səviyyədə qaldığını bildirib.

Nəzrin Salmanova

05:09 07.01.2025

Oxunuş sayı: 7383

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR