Çində dağıdıcı zəlzələ: ölənlər var
Çinin cənub-qərbində, Nepalla sərhədə yaxın Tibet Muxtar Bölgəsində 7,1 bal gücündə güclü zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, yeraltı təkanların episentri 80 min nəfərdən çox əhalisi olan Şiqatse şəhərindən 163 km cənub-qərbdə yerləşib.
Zəlzələnin ocağı 10 km dərinlikdə olub. Hazırda tələfat və dağıntılar barədə məlumat verilməyib, lakin hadisənin yaşanmış ərazilərdə ciddi təsir yaratmadığı bildirilir. Zəlzələ bölgədəki sakinlər arasında narahatlıq yaradıb, amma ətraflı məlumatların əldə edilməsi üçün araşdırmalar davam edir.
"Sinxua" agentliyinin məlumatına görə, zəlzələ nəticəsində 32 nəfər həyatını itirib, 38 nəfər yaralanıb.
04:29 07.01.2025
Oxunuş sayı: 3839