Kir Starmer: “Konservatorların susqunluğu qəbuledilməzdir”
Britaniyanın Baş naziri Kir Starmer amerikalı iş adamı İlon Maskın təhqiramiz ifadələrinə Konservatorlar Partiyasının susqun qalmasını kəskin tənqid edib.
Crossmedia.az bu barədə "The Guardian"a istinadən xəbər verir.
Starmer bildirib ki, söhbət ABŞ-dan və ya Maskdan yox, Britaniyanın daxili siyasətindən gedir. O, Konservatorlar Partiyasının lideri Kemi Badenok da daxil olmaqla, təhqirlər qarşısında reaksiya verməyən siyasətçiləri qınayıb.
Qeyd edək ki, İlon Mask Böyük Britaniyanın “tiraniyadan azad edilməli” olduğunu deyib və Cessika Fillipsi “zorakılıq genosidinin tərəfdarı” adlandırıb.
Emil Bağızadə
19:54 06.01.2025
Oxunuş sayı: 3215