Rusiya, BAEA-dan Zaporojye AES hücumlarına obyektiv reaksiya gözləyir
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Kiyev rejiminin 5 yanvar tarixində Zaporojye Atom Elektrik Stansiyasına (AES) hücumu ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyindən (BAEA) obyektiv qiymətləndirmə və ardıcıl reaksiya gözlədiklərini bildirib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
“Biz BAEA rəhbərliyindən bu hücumlara obyektiv qiymət və ardıcıl reaksiya gözləyirik, xüsusən də hücumların stansiyada olan BAEA mütəxəssislərinin gözü qarşısında baş verməsini nəzərə alaraq,” – Zaxarova qeyd edib.
O vurğulayıb ki, Kiyev rejimi nə 2024-cü ilin dekabrında BAEA nümayəndələrinin stansiyaya səfəri zamanı baş verən hücumda, nə də son hücumlarda agentlik mütəxəssislərinin təhlükəsizliyini nəzərə alıb.
Emil Bağızadə
19:31 06.01.2025
Oxunuş sayı: 3649