Pyer Polyev baş nazir seçilməyə ən real namizəd kimi görünür
Kanadanın növbəti baş naziri Pyer Polyev ola bilər.
Crossmedia.az xəbər verir ki, son məlumatlara görə, Kanadanın Mühafizəkarlar Partiyasının lideri Pyer Polyevin növbəti baş nazir olma ehtimalı 92% olaraq qiymətləndirilir.
Polymarket platformasındakı proqnozlara əsasən, Polyev 2025-ci ilin oktyabr ayına qədər baş nazir seçilməyə ən real namizəd kimi görünür. Onun liderliyinin Mühafizəkarlar Partiyasını daha da gücləndirəcəyi və ölkənin siyasi xəttində dəyişikliklərə səbəb olacağı gözlənilir.
Emil Bağızadə
18:20 06.01.2025
Oxunuş sayı: 4495