Ərdoğan: "Fələstin dövləti mütləq qurulacaq"
"Fələstin dövləti mütləq qurulacaq".
Crossmedia.az bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
O bildirib ki, müstəqil, suveren və ərazi bütövlüyü olan Fələstin dövləti mütləq qurulacaq.
"Qəzza xalqının əziyyətini yüngülləşdirmək üçün tam səfərbərlik ruhu ilə çalışırıq, diplomatik təmaslarımız davam edir", - Ərdoğan vurğulayıb.
16:55 06.01.2025
Oxunuş sayı: 3865