CROSSMEDIA - SpaceX İtaliya hökuməti ilə tarixi müqavilə bağlamağa yaxındır
Xarici xəbərlər

SpaceX İtaliya hökuməti ilə tarixi müqavilə bağlamağa yaxındır

İlon Mask Avropanın sağçı siyasi dairələri ilə əlaqələrini gücləndirməyə davam edir.

SpaceX qrupu İtaliya hökumətinə ictimai sektor üçün təhlükəsizlik xidmətləri göstərmək üzrə tarixi bir müqavilə bağlamaq ərəfəsindədir. Bu xəbər, İtaliyanın baş naziri Corcia Meloninin ABŞ-da Donald Trampın Florida rezidensiyasına gözlənilməz səfəri ilə eyni vaxta təsadüf edir.

Crossmedia.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, SpaceX İtaliya hökuməti ilə telefon və internet xidmətləri üçün yüksək səviyyəli şifrələmə təmin etmək məqsədilə irəliləmiş danışıqlar aparır. Dəyəri 1,5 milyard avro olan müqavilənin artıq İtaliyanın kəşfiyyat xidmətləri və Müdafiə Nazirliyi tərəfindən təsdiq edildiyi bildirilir.

Bu müqavilə, SpaceX-in milli hökumətlərlə fəaliyyət dairəsini genişləndirərək 2024-cü ildə Starlink peyk xidmətlərini 20 ölkəyə əlavə etməsindən sonra atılan növbəti mühüm addım olacaq.

2023-cü ilin ortalarında başlayan danışıqlar bir müddət dayandırılmışdı, çünki bəzi dövlət rəsmiləri bunun yerli telekommunikasiya şirkətlərinə təsirindən narahat idilər. Daha əvvəl Mask, Telecom Italia-nı yüksək sürətli internet xidmətlərinin yayılmasına mane olmaqda ittiham etmişdi.

Gültac Mehdizadə 

16:27 06.01.2025

Oxunuş sayı: 4906

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR