CROSSMEDIA - Polis hökumət əleyhinə etirazlar zamanı ölənləri belə gizlədir
Xarici xəbərlər

Polis hökumət əleyhinə etirazlar zamanı ölənləri belə gizlədir

19 yaşlı Çarlz Ovino iyul ayında Keniyanın paytaxtı Nayrobi şəhəri yaxınlığında hökumət əleyhinə etirazlar zamanı başından güllə ilə vurularaq öldürülüb. Lakin Keniya polisi onun ölümünü yol qəzası kimi qeyd edib.

Crossmedia.az xəbər verir ki, bu barədə Röyter agentliyi məlumat yayıb.

Qeyd edək ki, 21 yaşlı Şaquil Obienge də eyni gündə Nayrobi yaxınlığında etirazlar zamanı boynundan vurularaq öldürülüb, ancaq, polis onun ölümünü də yol qəzası kimi qeyd edib. 

Keniyada morq jurnalları cəsədləri gətirərkən polis tərəfindən bildirilən ölüm səbəbini qeyd edir və  adətən qohumlar tərəfindən cəsədlər müəyyən edildikdən sonra yarılma aparılır. 

Nəzrin Salmanova

14:48 06.01.2025

Oxunuş sayı: 4204

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR