Ermənistan özünə hörmət edən dövlət deyil - Keçmiş deputatdan sərt sözlər
“Yüzlərlə diplomat qonaq qəbul edən ölkələrdən Ermənistana qayıtmayıb”.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Samvel Farmanyan öz “Facebook” səhifəsində yazıb.
“Suveren dövlət rifah arxasınca qaçan və ölkəsini tərk edən təqaüddə olan diplomatın belə burnundan yapışaraq, artıq qayıtmadıqları yerə qaytarardı. Güman edirəm ki, özünə hörmət edən İsrail Dövləti bunu edərdi”, - deyə o qeyd edib.
14:19 06.01.2025
Oxunuş sayı: 3777