CROSSMEDIA - Makron Ukraynanı ərazi məsələlərində güzəştə çağırır
Xarici xəbərlər

Makron Ukraynanı ərazi məsələlərində güzəştə çağırır

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna Rusiya ilə danışıqlara başlamaq üçün ərazi məsələlərində real mövqe nümayiş etdirməlidir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Makron Fransa səfirlərinə illik strategiyalarını açıqlayan konfransda Kiyevin, Rusiya tərəfindən zəbt edilən bütün əraziləri geri qaytarmaqdan başqa bir mövqe nəzərdən keçirməli olduğunu deyib.

Moskva 2014-cü ildə Krımı ilhaq edib və 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayıb. Hal-hazırda Rusiya Ukraynanın təxminən beşdə birini, o cümlədən Donbasın şərqini nəzarətdə saxlayır.
Makron bildirib: "Ukraynalılar ərazi məsələləri ilə bağlı real müzakirə aparmalıdırlar və bunu yalnız onlar edə bilər. Avropalılar isə təhlükəsizlik zəmanətləri yaratmağa ümid edirlər".

Prezident əlavə edib ki, ABŞ-nin rolu Rusiyanı danışıqlara inandırmaq olmalıdır və Ukrayna ilə Avropanın iştirakı olmadan münaqişənin həllinə razılıq əldə oluna bilməz.
Makron vurğulayıb ki, Ukraynanın müttəfiqləri Kiyevə kifayət qədər dəstək verməli, belə ki, Kiyev güclü mövqedən danışıqlara girə bilsin. Makron, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın müharibəni tez bitirmək vədinə işarə edərək, “Tez və asan həll yolu olmayacaq” deyib.

Samirə Şərif

13:08 06.01.2025

Oxunuş sayı: 4070

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR