Qəzzada həyatını itirənlərin sayı 45 min 854-ə çatdı
İsrailin hücumlarını davam etdirdiyi Qəzzada həyatını itirənlərin sayı 45 min 854-ə yüksəlib.
Crossmedia.az Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, İsrailin Qəzza Zolağını 458 gündür davamlı şəkildə bombaladığı bildirilib.
Son 24 saat ərzində İsrail ordusunun Qəzza Zolağının müxtəlif bölgələrində həyata keçirdiyi “3 qətliamda” 48 nəfərin həyatını itirdiyi, 75 nəfərin isə yaralandığı qeyd edilib.
7 oktyabr 2023-cü ildən bu yana İsrailin Qəzza Zolağına təşkil etdiyi hücumlarda ölənlərin ümumi sayının 45 min 854-ə, yaralıların sayının isə 109 min 139-a çatdığı vurğulanıb.
Açıqlamada əlavə olaraq, hələ də dağıntılar altında və yol kənarlarında cəsədlərin olduğu, lakin İsrail qüvvələrinin maneə törətməsi səbəbilə tibbi heyət və mülki müdafiə qruplarının cəsədlərə çata bilmədiyi bildirilib.
Fidan Hacızadə
12:47 06.01.2025
Oxunuş sayı: 3635