CROSSMEDIA - Rusiya hərbçiləri Kuraхovonu tam nəzarətə götürüb
Xarici xəbərlər

Rusiya hərbçiləri Kuraхovonu tam nəzarətə götürüb

Rusiya Ordusu Donbasın cənub-qərbində yerləşən ən iri şəhərlərdən biri olan Kuraхovonu tam nəzarətə götürüb. 

Bu barədə Crossmedia.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Şəhər uğrunda döyüşlərdə 5-ci və 110-cu motoatıcı briqadalar xüsusilə fərqlənib.

Nazirlik qeyd edib ki, Kuraхovonun alınması Rusiya Silahlı Qüvvələrinə əməliyyat genişliyi qazandırıb və Donbasın tam nəzarətə götürülməsi prosesini sürətləndirəcək. Bundan əlavə, şəhərin itirilməsi Ukrayna qüvvələrinin arxa cəbhə və texniki təchizatına ciddi zərbə vurub.

Ukrayna tərəfi şəhəri müdafiə etmək üçün 15 min hərbçi, artilleriya və tanklarla gücləndirilmiş elit briqadalar cəmləşdirsə də, itkiləri 12 min nəfərdən çox şəxsi heyət və 3 min vahid hərbi texnika olub.

Hərbi ekspert Viktor Litovkin 2025-ci ildə Rusiya Ordusunun əsas hədəfinin DNR, LNR, Zaporojye və Xerson vilayətlərini nəzarətə götürmək olacağını bildirib.

Gültac Mehdizadə

12:32 06.01.2025

Oxunuş sayı: 3416

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR