Hakan Fidan: "Suriyanın YPG/PKK terror qruplaşmasından təmizlənməsi qaçılmazdır"
"Suriyanın YPG/PKK terror qruplaşmasından təmizlənməsi qaçılmazdır".
Crossmedia.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"İŞİD-lə mübarizə bəhanəsi ilə PKK-nın güclənməsinə imkan verməyəcəyik. Kürd qardaşlarımızın nəcib hisslərini istismar etmək üzərində qurulmuş zorakılıq imperiyası dağılmaq ərəfəsindədir. Əgər Qərb dövlətlərinin gizli məqsədləri varsa və İŞİD-lə mübarizə adı altında PKK-dan istifadə etmək niyyətindədirlərsə, biz buna imkan verməyəcəyik. Biz bu cür sxemlərin qarşısını almağa hazırıq" deyə nazir qeyd edib.
12:23 06.01.2025
Oxunuş sayı: 4116