Suriya hakimiyyətindən tələb: "PKK/YPG qeyd-şərtsiz silahı yerə qoymalıdır"
Hürriyət qəzetinin yazarı Abdulkadir Selvinin yazdığına görə, Suriyanın yeni hakimiyyət orqanları ölkənin şimalında yerləşən terror təşkilatı PKK/YPG-dən qeyd-şərtsiz silahı yerə qoymağı tələb edib.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin dəstəklədiyi SDF (terror təşkilatı PKK/YPG) nümayəndələrinin Suriyanın yeni hökuməti ilə görüşü Dəməşqdə baş tutub.
Nəşrin yazdığına görə, PKK/YPG terrorçuları silahı yerə qoyma tələbi müqabilində Suriyanın yeni ordusunda ən azı bir ordu korpusu və ya diviziya yaratmağı, həmçinin ölkənin şimalındakı neft yataqlarını bərabər şəkildə bölüşdürməyi təklif ediblər. Bununla belə, yeni hakimiyyət “PKK/YPG-nin qeyd-şərtsiz silahı yerə qoymasını tələb ediblər və bu məsələni müzakirə belə etməyiblər”.
Nəşr qeyd edir ki, PKK/YPG Suriyadakı mövcudluğunu saxlamaq üçün Rusiyanı “Türkiyə ilə münasibətlərini düzəltməyə” çağırır, digər tərəfdən, İsraillə əlaqə yaratmağa çalışırlar. ABŞ-ı bölgədən çəkilməməyə razı salmaq üçün də cəhdlər edilir. Lakin indiyə qədər istədiklərinə nail ola bilməyiblər, amma bundan əl də çəkməyiblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “ABŞ gecikərsə və PKK/YPG silahı yerə qoymasa nə baş verəcək?” sualını cavablandırıb. “Separatçı qatillər ya silahlarını tez bir zamanda basdıracaqlar, ya da onlarla birlikdə Suriya torpağında basdırılacaqlar. Üçüncü yol yoxdur”, - deyə o, bildirib: “PKK/YPG silahı yerə qoymasa, hərbi həll masadadır...”.
11:50 06.01.2025
Oxunuş sayı: 4018