Sarkozi Qəddafidən seçki kampaniyası üçün pul almaqda ittiham edilir
Fransanın keçmiş prezidenti Nikolya Sarkozi 2007-ci il seçki kampaniyası üçün Müəmmər Qəddafi rejimindən milyonlarla avro almaqda ittiham olunur.
Crossmedia.az “The Guardian”a istinadən xəbər verir ki, o, korrupsiyada və cinayətkar işbirliyində, o cümlədən Liviyaya diplomatik dəstək müqabilində nağd pulla çamadanlarda rüşvət almaqda ittiham olunur.
Fransanın ən böyük siyasi qalmaqallarından biri adlandırılan məhkəmə prosesi Sarkozinin 10 ilə qədər həbsi ilə nəticələnə bilər. Sarkozi bütün ittihamları qəti şəkildə rədd edir.
10:57 06.01.2025
Oxunuş sayı: 4997