CROSSMEDIA - Qırğızıstanda metapnevmovirus infeksiyasına yoluxma halı qeydə alınıb
Xarici xəbərlər

Qırğızıstanda metapnevmovirus infeksiyasına yoluxma halı qeydə alınıb

Qırğızıstanda yeni meydana çıxan metapnevmovirusa 2 yoluxma halı qeydə alınıb.

Crossmedia.az xəbər verir ki, bu barədə Qırğızıstanın “KABAR” agentliyi məlumat yayıb.

Qırğızıstaının Səhiyyə Nazirliyinin məlumatına görə, son günlər ölkədə kəskin respirator viruslara yoluxma hallarında artım müşahidə olunub. Bu səbəbdən epidemioloji nəzarət tədbirləri gücləndirilib, eləcə də pasiyentlərdən götürülən nümunələr qrip, COVID-19 və digər xəstəliklərin müəyyən edilməsi üçün laboratoriyaya göndərilib.

Qeyd edək ki, ötən ilin oktyabrından kəskin respirator viruslara ümumilikdə 1144 yoluxma halı qeydə alınıb.

Nəzrin Salmanova

09:49 06.01.2025

Oxunuş sayı: 8003

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR