Arda Gülərin epizodu “Sevilya”nın baş məşqçisinin narazılığına səbəb olub
“Sevilya”nın baş məşqçisi Luis Qarsiya İspaniya La Liqasının IX turunda “Real”a 1:4 hesabı ilə uduzduqları matçda hakimlərin qərarlarını tənqid edib.
Crossmedia.az xəbər verir ki, “Sports.ru” bu barədə məlumat yayıb.
Qarşılaşmanın 22-ci dəqiqəsində “Real”ın yarımmüdafiəçisi Arda Gülər “Sevilya”nın futbolçusu Pekenin üzünə dirsəyi ilə zərbə endirib. Baş hakim Mateo Buskets qayda pozuntusu qeydə almayıb, video köməkçi hakimlər isə onu epizodu yenidən izləməyə çağırmayıblar.
Bu hadisədən qısa müddət sonra Gülər matçda hesabı açıb. Görüşün 63-cü dəqiqəsində Kilian Mbappe penalti zərbəsini “Panenka” üsulu ilə dəqiq yerinə yetirərək yekun nəticəni müəyyənləşdirib.
Luis Qarsiya bildirib ki, komandasının 11 nəfərə qarşı 11 nəfərlə mübarizə apardığı şəraitdə rəqib qələbəyə layiq olub. Bununla belə, onun fikrincə, mübahisəli epizod fərqli qərarla nəticələnsəydi, oyun başqa cür keçə bilərdi.
“Bizə 11 nəfərə qarşı 10 nəfərlə oynamaq imkanı vermədilər”, – deyə baş məşqçi hakimlikdən narazılığını ifadə edib.
10:08 19.10.2026
Oxunuş sayı: 59