Pentaqonun hesabatında görünməyən raket müqaviləsi üzə çıxıb
ABŞ ordusu uzaqmənzilli Precision Strike Missile (PrSM) raketlərinin alınması üçün təxminən 539 milyon dollarlıq sifariş verib. Müqavilə vəsaitlərinin həcmi sonradan artırılsa da, satınalma Pentaqonun iri müqavilələr üzrə ümumi hesabatında əksini tapmayıb.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə sənədlərə istinadən məlumat yayıb.
Sənədlərə əsasən, ABŞ Quru Qoşunları raket partiyasını 2026-cı ilin martında sifariş edib. Müqaviləyə edilən dəyişikliklərdən sonra maliyyələşdirmənin həcmi təxminən 539 milyon dollara çatıb. Bundan əlavə, raketlərin istehsalı ilə bağlı əvvəlki müqavilələrə daha 9,8 milyon dollar ayrılıb.
Məlumata görə, yeni sifariş və xərclərin sonradan artırılması Pentaqonun iri müqavilələr siyahısında yer almayıb. Bunun səbəbi PrSM raketlərinin “Lockheed Martin” şirkəti ilə bağlanmış ayrıca, çoxillik müqavilə çərçivəsində alınmasıdır.
09:52 19.10.2026
Oxunuş sayı: 68