CROSSMEDIA - Beynəlxalq Böhran Qrupu yeni hesabat dərc edib
Xarici xəbərlər

Beynəlxalq Böhran Qrupu yeni hesabat dərc edib

Beynəlxalq Böhran Qrupu (The International Crisis Group) 2025-ci ildə diqqətdə saxlanmalı olan 10 münaqişəni qeyd edən yeni hesabat dərc edib.

Analiz Donald Trampın Ağ Evə qayıdışı ilə bağlı gözləntilərlə əlaqələndirilir.

Crossmedia.az həmin hesabatda qeyd olunan ölkələri təqdim edir:

1.Suriya
2.Sudan
3.Ukrayna və Avropa təhlükəsizliyi
4.İsrail-Fələstin
5.İran ilə ABŞ və İsrail arasında münasibətlər
6.Haiti
7.ABŞ-Meksika
8.Myanma
9.Koreya yarımadası
10.Çin-ABŞ

Diqqətəlayiq məqam odur ki, bu hesabatda artıq Bakı və İrəvan arasındakı qarşıdurmaya toxunulmayıb. Halbuki daha əvvəl bu təşkilatın ekspertləri Cənubi Qafqazda, xüsusilə Zəngəzur ətrafında Azərbaycan-Ermənistan münaqişəsinin eskalasiya riskini proqnozlaşdırırdı. 

06:57 06.01.2025

Oxunuş sayı: 4445

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR