Qəzza zolağından atılan mərmi humanitar yardıma ziyan vurdu
Crossmedia.az xəbər verir ki, yanvarın 4-ü axşam saatlarında Qəzza zolağından atılan mərmi Erez keçid məntəqəsinə düşərək humanitar yardıma ciddi ziyan vurub.
İsrail Müdafiə Qüvvələrinin (IDF) verdiyi məlumata görə, mərmi keçid məntəqəsinə və humanitar yük maşınlarının yerləşdiyi zonaya zərər yetirib. Hadisə nəticəsində yardımın çatdırılmasında çətinliklər yaranıb.
IDF-in açıqlamasına əsasən, dekabr ayından etibarən Erez keçid məntəqəsi vasitəsilə Qəzza zolağına 1,200-dən çox humanitar yardım yük maşını daxil olub. Bu yardımlar ərzaq, içməli su, tibbi ləvazimatlar və sığınacaq avadanlıqlarını əhatə edir. Hadisə humanitar missiyalara ciddi təsir göstərib.
Nabat Fərzəliyeva
13:13 05.01.2025
Oxunuş sayı: 2672