Etiraz qəbul edilmədi: Prezident həbs ediləcək
Cənubi Koreya məhkəməsi prezident Yoon Suk Yeol-un həbs qərarının icrasına olan etirazını rədd edib.
Crossmedia.az xəbər verir ki, "Yonhap" Xəbər Agentliyinin verdiyi məlumata görə, paytaxt Seul məhkəməsi vəkilin vəzifəsindən azad edilən prezident Yoonun həbsinə qarşı etirazlarını qəbul etməyib.
Bundan əvvəl Yoonun hüquq qrupu qərarı icra etməyə cəhd etdiklərinə görə Korrupsiya İstintaq İdarəsinin rəisini və polis əməkdaşlarını şikayət edəcəklərini bildirmişdilər. Cümə günü korrupsiya idarəsi Yoonu saxlamağa çalışsa da, prezidentin təhlükəsizlik qüvvələri onlara mane olub. Keçən həftə verilən həbs qərarı bazar ertəsinə qədər qüvvədə qalır.
Qeyd edək ki, Cənubi Koreyada ilk dəfə vəzifədə olan bir prezident haqqında həbs qərarı verilib.
Tərlan Əmrahova
12:17 05.01.2025
Oxunuş sayı: 2673