Rusiya-Ukrayna müharibəsi bitir? - Kiyev sülh müqaviləsi imzalamağa hazırlaşır
Ukrayna ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə başladıqdan sonra münaqişənin həlli üzrə danışıqlara başlayacağı ehtimalına hazırlaşır.
Crossmedia.az bildirir ki, bu barədə The Guardian qəzeti məlumat yayıb.
“Ukrayna Trampın, bir müqavilə bağlayıcısı olaraq, danışıqlara başlayacağına hazırlaşır”, - deyə nəşr qeyd edir.
Məqalədə bildirilir ki, Tramp administrasiyasının strategiyası Ukrayna münaqişəsi üçün “həlledici” ola bilər, lakin böhranın həlli “çətin məsələ” olaraq qalır.
The Guardian xatırladır ki, Tramp dəfələrlə müharibənin dayandırılmasını özünün əsas beynəlxalq prioritetlərindən biri kimi göstərib.
2025-ci ilin əvvəlində qəzet yazır ki, Ukrayna “dinamikanın dəyişməsinə kəskin ehtiyac duyur”. Rusiyanın Donbasdakı hücumları davam edir, Kiyev isə cəbhə xəttini saxlamaq üçün kifayət qədər qüvvə toplamaqda çətinlik çəkir.
Gültac Mehdizadə
10:02 05.01.2025
Oxunuş sayı: 2993