Kansler istefa verdi: Danışıqlar nəticəsiz qaldı
Crossmedia.az xəbər verir ki, Avstriya kansleri Karl Nehammer Xalq Partiyası ilə Sosial Demokratlar arasında aparılan koalisiya danışıqlarının nəticəsiz qalmasından sonra istefa qərarını açıqlayıb.
“Yaxın günlərdə federal kansler və Xalq Partiyasının rəhbəri vəzifələrindən istefa edəcəyəm. Bu müddətdə səliqəli və nizamlı keçidi təmin edəcəyəm,” – deyə Nehammer X sosial platformasında yayımladığı videomüraciətdə bildirib.
Nehammerin istefasına səbəb olan uğursuz koalisiya danışıqları, ifrat sağçı Azadlıq Partiyasını hökumətdən uzaq tutmaq məqsədilə üç siyasi partiyanın – Xalq Partiyası, Sosial Demokratlar və NEOS-un əməkdaşlıq cəhdlərindən ibarət idi.
Nabat Fərzəliyeva
08:25 05.01.2025
Oxunuş sayı: 2568