CROSSMEDIA - Su elektrik stansiyasının tikintisinə 8 milyon dollar ayrıldı
Xarici xəbərlər

Su elektrik stansiyasının tikintisinə 8 milyon dollar ayrıldı

Qırğızıstanda Kara Şoro kiçik su elektrik stansiyasının tikintisi üçün Macarıstan-Qırğız İnkişaf Fondu (HKDF) "Zhazy Hydro Kyrgyz" şirkətinə 8 milyon dollar məbləğində kredit ayırıb. Bu vəsait 14 milyon dollar kredit paketinin bir hissəsidir.

Crossmedia.az xəbər verir ki, 15.6 MV gücə malik olacaq stansiya ölkənin enerji dayanıqlığını artırmaq və hidroresursların davamlı idarə olunmasına töhfə verməyi hədəfləyir.

"Zhazy Hydro"nun baş direktoru Rıskul Zuluşev layihənin enerji təminatını gücləndirmək, iş yerləri yaratmaq və Qırğızıstan ilə Macarıstan arasında bərpa olunan enerji sahəsində əməkdaşlığı genişləndirmək baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Qırğızıstanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında ölkədə 12.195 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.3 faiz artım deməkdir.

Emil Bağızadə

07:13 05.01.2025

Oxunuş sayı: 2970

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR