CROSSMEDIA - O, Trampın Avropadakı əsas müttəfiqi olacaq
Xarici xəbərlər

O, Trampın Avropadakı əsas müttəfiqi olacaq

İtaliyanın baş naziri Giorgia Meloni ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Respublikaçılar Partiyası ilə danışıqlar aparmaq üçün Mar-a-Laqoda (Florida) iqamətgahına gəlib. Bu barədə Crossmedia.az "The New York Times" qəzetinə istinadən məlumat verir.

Görüş Meloni tərəfdarları arasında İtaliyanın baş nazirinin “Trampın Avropada əsas müttəfiqi” olacağına ümidi gücləndirir. Görüşün gündəliyi qeyri-müəyyən olaraq qalır, lakin Meloni Trampla respublikaçıların Avropa ölkələri ilə fikir ayrılıqlarının yumşaldılmasını müzakirə edəcək.

İtaliyanın baş nazirinin Trampla görüşü Amerika administrasiyasının hazırkı rəhbəri Co Baydenin yanvarın 9-12-nə planlaşdırılan səfərindən bir neçə gün əvvəl baş tutur. İtaliyada Baydenin Meloni, eləcə də Roma Papası Fransisklə görüşü planlaşdırılır.

Qəzet qeyd edir ki, seçiləndən bəri bir neçə ştat lideri Trampın iqamətgahını ziyarət edib, o cümlədən Macarıstanın baş naziri Viktor Orban, Argentina prezidenti Xavyer Miley və Kanadanın baş naziri Castin Trüdo.

Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində Tramp qalib gəlib. O, Demokratların namizədi Kamala Harrisi üstələyib. ABŞ-ın hazırkı prezidenti, demokrat Co Bayden yanvarın 20-də dövlət başçısının səlahiyyətlərini Respublikaçı Trampa verəcək.

00:29 05.01.2025

Oxunuş sayı: 3946

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR