CROSSMEDIA - Kamerunda silahlı hücum - beş hərbçi həlak olub
Xarici xəbərlər

Kamerunda silahlı hücum - beş hərbçi həlak olub

Kamerunun cənub-qərbində fulani etnik qrupuna mənsub silahlı dəstənin hücumu nəticəsində beş hərbçi həlak olub, üçü isə itkin düşüb.

Crossmedia.az xəbər verir ki, bu barədə Alwihda xəbər portalı məlumat yayıb.

Portalın məlumatına görə, fulani dəstəsi Akvaya şəhəri yaxınlığında yerləşən hərbi posta hücum edib. Hücumun səbəbi hələlik müəyyən edilməyib.

Qeyd edək ki, fulani köçəriləri ilə fermerlər arasında su mənbələrinə və otlaqlara çıxışla bağlı tez-tez münaqişələr yaranır. Bu münaqişələr bəzən silahlı toqquşmalara çevrilir. Kamerun hakimiyyəti icmalar arasında gərginliyin baş verdiyi bölgələrə silahlı qüvvələr göndərir. Onların əsas məqsədi silahlı münaqişələrin qarşısını almaqdır.

Gültac Mehdizadə 

17:28 04.01.2025

Oxunuş sayı: 3843

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR