Almaniya kansleri onu "axmaq" adlandıran Maska cavab verib
"Maskın rəğbətini qazanmaq mümkün olduğunu düşünmürəm; bunu başqalarına buraxıram".
Crossmedia.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolts bu sözləri "Stern" jurnalına verdiyi müsahibədə amerikalı sahibkar İlon Maskın onu "axmaq" adlandırmasını şərh edərkən deyib.
"Bu, yeni bir şey deyil. Varlı media maqnatları 19-cu əsrdən bəri sosial-demokratları tənqid edirlər. Sakit olmaq lazımdır. Sosial şəbəkələrdə çoxları sərt ifadələrlə diqqət çəkməyə çalışır. Amma qayda sadədir: trolları yedirtməyin" – o bildirib.
Eyni zamanda, o, Maskın AfD partiyasına dəstəyindən narahatlığını ifadə edib:
"Bu partiya Rusiyaya daha sıx əlaqələrə meyilli görünür".
Qeyd edək ki, Mask daha əvvəl sosial şəbəkədə Olaf Şoltsun adını təhrif edərək onu "axmaq" adlandırıb və Almaniya üçün Alternativ (AfD) partiyasını dəstəklədiyini bildirib.
Nabat Fərzəliyeva
16:01 04.01.2025
Oxunuş sayı: 4305